"Kayrat"ın pulunu gördü, Azərbaycan klubuna "gözləyin" dedi

"Kayrat"ın pulunu gördü, Azərbaycan klubuna "gözləyin" dedi

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskirinin danışıq apardığı Qazaxıstan klublarından birinin adı bəllidi. Fanat.Az-ın əldə etdiyi məlumata görə, Nika “Kayrat”ın maraq dairəsindədi.

Kvekveskirinin həmyerlisi - Bakı “İnter”ində uzun müddət baş məşqçi işləmiş Kaxaber Tsxadadzenin çalışdırdığı Almatı təmsilçisi Gürcüstan millisinin üzvünə Azərbaycanda aldığından çox məvacib təklif edib. “Neftçi”nin də rənglərinə bağlamaq istədiyi orta xətt oyunçusu bu üzdən “qırmızı-qaralar”ın yeni müqavilə təklifinə cavab vermək üçün vaxt istəyib.

Qeyd edək ki, Nika hələ Bakı “İnter”ində top qovduğu dönəmdə Tsxadadze onu yanına aparmaq istəyirdi. Sonradan “Qəbələ”ylə anlaşan futbolçu ölkəmizdə qaldı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər