"İslamiada": Azərbaycan, Türkiyə və Pakistan eyni qrupda

"İslamiada": Azərbaycan, Türkiyə və Pakistan eyni qrupda

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi Türkiyə, İndoneziya, Pakistan və Əfqanıstanla birgə A qrupuna düşüb. 

B qrupunda isə İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları mübarizə aparacaq. 

Hər qrupdan iki ən yaxşı komanda yarımfinala yüksələcək. İran əsas komanda ilə təmsil olunmayacaq.

Qeyd edək ki, voleybol yarışları 11 - 21 mayda keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər