Çempionlar Liqasında VI turun qarşılaşmaları keçirilir. Fanat.az xəbər verir ki, "İqtisadçı" qrup mərhələsində son oyununa çıxıb.
"Srvena Zvezda"nı qəbul edən Bakı klubu vacib qələbə qazanıb - 3:1. Super Liqanın gümüş mükafatçısının "pley-off"a ilk 2 pillədən birini tutaraq çıxmaq şansı bitsə də, ən yaxşı 3-cü kimi mərhələ keçmək şansı yaranıb. Bunun üçün digər qrupdakı rəqiblər, xüsusilə də "Azəryol" uduzmalıdı ki, bu da elə də inandırıcı deyil.
Amma ən yaxşı 3-cü yerlər arasında rəqiblərindən 1 qarşılaşma çox keçirməklə lider olan komanda "pley-off"a yüksəlməsə belə avrokubokda çıxışını davam etdirəcək. Çünki qrupda ən yaxşı “üçüncü” istisna olmaqla, digər 4 komanda CEV Kubokuna “enəcək”. Təbii ki, axşam saatlarında baş tutacaq oyunlardan sonra "İqtisadçı"nın 3-cü yerin sahibləri arasında (6 qrupda) ən zəifi olacağı inandırıcı deyil.
Voleybol
Çempionlar Liqası
VI tur, 17 dekabr
B qrupu
İqtisadçı (Azərbaycan) - Srvena Zvezda (Serbiya) 3:1 (27:29; 25:13; 25:13; 25:12)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İlian Georgiyev (Bolqarıstan).
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.
| 1 | Dinamo (Moskva) | 5 | 4 | 1 | 14-6 | 478-403 | 13 |
| 2 | Pyaçentsa | 5 | 4 | 1 | 13-5 | 433-364 | 12 |
| 3 | İqtisadçı | 6 | 3 | 3 | 10-12 | 482-475 | 8 |
| 4 | Srvena Zvezda | 6 | 0 | 6 | 4-18 | 393-544 | 0 |
Fanat.az