"İnter" Premyer Liqanın XXVII turunda "Qəbələ"nin qonağı olacaq. Fanat.az xəbər verir ki, Bakı klubu ötən axşam eyniadlı şəhərə yollanıb.
"Qafqaz Karvansaray Hotel"də məskunlaşan Kaxaber Tsxadadzenin yetirmələri bu gün saat 15.00-da matçın baş tutacağı Qəbələ şəhər stadionunda oyunöncəsi məşqə çıxacaq.
Bu arada "İnter"in əvəzedici heyəti də Qəbələyə yollanıb. Bu gün saat 14.00-da başlayacaq "Qəbələ" ilə matçdan öncə "bankirlər" eyniadlı şəhərdə məşqə çıxıb. “Qafqaz Yeddi Gözəl” otelində məskunlaşan "İnter" şəhərin mərkəzi arenasının ehtiyat meydançasında məşq edib. Məşq isinmə hərəkətləri ilə başlayıb, daha sonra futbolçular topla çalışıb. Məşq prosesi cinahlardan ötürmələr və qapıya zərbələrlə başa çatıb.
Fanat.az