"İnter"lə "Qəbələ"nin potensial rəqibləri

"İnter"lə "Qəbələ"nin potensial rəqibləri

Azərbaycanı bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək "İnter"lə "Qəbələ"nin potensial rəqiblərinin siyahısı dəqiqləşmək üzrədi. Fanat.az xəbər verir ki, Premyer Liqanın gümüş və bürünc medalçılarının potensial rəqiblərindən indi yalnız 5-i bəlli deyil.

Avroliqanın ilk təsnifat mərhələsinin bütövlükdə 78 iştirakçısından 73-ü bəllidi. "İnter" püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq və rəqibi zəif rəqiblərin yer aldığı "səpələnməmişlər" səbətindən seçiləcək. "Qəbələ" isə əksinə, "İnter"in yer aldığı daha güclülərin səbətindən bir komandaya rəqib olacaq. 

Hazırda Avroliqanın ilk təsnifat mərhələsinin bəlli olmayan 5 iştirakçısından bəzisinin "səpələnmişlər" səbətində yer alması mümkündü. Belədə, aşağıda göstərilmiş siyahıda "səpələnmişlər" səbətinin sonlarında yer alan bəzi klubların "səpələnməmişlər" səbətinə keçməsi istisna deyil.

Püşkatma zamanı "İnter"lə "Qəbələ"nin bir-birinə rəqib olmayacağı dəqiqdi. Çünki reqlamentə əsasən, təsnifat mərhələlərində eyni ölkə təmsilçilərinin üz-üzə gələ bilməz. Eyni zamanda UEFA Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan klublarının da təmsilçilərimizə rəqib olmasına imkan verilməyəcək.

Qeyd edək ki, I və II təsnifat mərhələsinin püşü iyunun 23-də atılacaq. I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları ayın 10-da keçiriləcək. 

I təsnifat mərhələsi

Səpələnmişlər: Rusenborq (Norveç), Tromse (Norveç), Liteks (Bolqarıstan), Ekranas (Litva), Hafnarfyordur (İslandiya), Göteborq (İsveç), Sarayevo (Bosniya və Herseqovina), Şaxtyor (Qazaxıstan), Spartak (Trnava, Slovakiya), Differdanj (Lüksemburq), Split (Xorvatiya), Linfild (Şimali İrlandiya), İnter (Azərbaycan), Pünik (Ermənistan), Aberdin (Şotlandiya), Şiroki Briyeq (Bosniya və Herseqovina), Botev (Bolqarıstan), Honka (Finlandiya), Slayqo Rovers (İrlandiya), Birkirkara (Malta), Vaduts (Lixtenşteyn), Koper (Sloveniya), Banqor Siti (Uels), Brommapoykarna (İsveç), Zimbru (Moldova), MüPA (Finlandiya), Hoqesund (Norveç), Nomme Kalyu (Estoniya), Dauqava (Latviya), Jenes Eş (Lüksemburq), Rudar (Sloveniya), Kukesi (Albaniya), Metallurq (Makedoniya), Çixura (Gürcüstan), Flamurtari (Albaniya), Tiraspol (Moldova), Şkendiya (Makedoniya), Fola Eş (Lüksemburq), Yaqodina (Serbiya).

Səpələnməmişlər: Veris (Moldova), Qəbələ (Azərbaycan), Mika (Ermənistan), Şirak (Ermənistan), Derri Siti (İrlandiya), Sioni (Gürcüstan), Hibernians (Malta), Slima (Malta), Astana (Qazaxıstan), Fram (İslandiya), Yelqava (Latviya), Vikinqur (Farer adaları), Kayrat (Qazaxıstan), Laçi (Albaniya), Turnovo (Makedoniya), Dandalk (İrlandiya), VPS (Finlandiya), Styarnan (İslandiya), Banqa (Litva), Dauqava (Riqa, Latviya), Lovçen (Çernoqoriya), Torshavn (Farer adaları), UE Santa-Koloma (Andorra), Sillamae Kalev (Estoniya), Atlantas (Litva), Fuqlafyordur (İslandiya), Eyrbas (Uels), Qlenavon (Şimali İrlandiya), Libertas (San Marino), Aberistuit Taun (Uels), Santos (Estoniya), Kollec Avropa (Cəbəllütariq), Krusaders (Şimali İrlandiya), Sent Culiya (Andorra), Macarıstan təmsilçisi, Çernoqoriya təmsilçisi, Çernoqoriya təmsilçisi, San Marino təmsilçisi, Macarıstan təmsilçisi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər