"İnter"lə oyundakı penalti şübhəlidi"

"İnter"lə oyundakı penalti şübhəlidi"

İslandiyanın "Hafnarfyordur" klubunun baş məşqçisi Heymir Qudyonsson Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi 1:2 hesabı ilə uduzduqları oyunla bağlı bunları deyib: 

"Birinci hissədə oyunumuz yaxşı alındı. Komanda hər şeyi düz edirdi. Amma işlərin qaydasında getməməsi üçün bircə səhv yetərli idi. İstənilən halda futbolçularımın qarşısında papaq çıxarıram: onlar azlıqda qaldıqdan sonra da əllərindən gələni etdilər.

"İnter"lə oyunda çoxlu səhv etdik. Amma mənə elə gəlir ki, qapıçımız rəqibə qarşı cərimə meydançasından kənarda qayda pozuntusuna yol vermişdi. Belə olan halda qırmızı vərəqə verməkdə haqlı idi. Lakin onda da penalti şübhə altına düşür. Bütövlükdə, hakimlərdən razı qalmadım. Baxmayaraq ki, adətən bu barədə danışmıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər