"İnter"lə oyun ciddi sınaq idi" - "Verder"in baş məşqçisi

"İnter"lə oyun ciddi sınaq idi" - "Verder"in baş məşqçisi
Xəbər verdiyimiz kimi, Bakının "İnter" klubu Antalyada Almaniyanın "Verder" klubunun 23 yaşadək komandası (U-23) ilə görüşüb və 0:1 uduzub. Görüşdə yeganə qol 61-ci dəqiqədə "İnter"in gürcü qapıçısı Georgi Lomayanın səhvindən sonra vurulub.
Bremen klubunun U-23 komandasının İran əsilli baş məşqçisi Aleksander Nuri bu matçla bağlı danışıb: "Bu bizim üçün daha bir ciddi sınaq matçı idi. Biz ritmi tapmaq və məşqlərdə etdiklərimizi oyunda tətbiq etmək istəyirdik. Biz bu mövsüm Avropa Liqasında oynamış bir rəqibə qarşı əsas heyətlə meydana çıxmışdıq və oyuna yaxşı hazırlaşmışdıq".
Qeyd edək ki, bununla da "Verder"in II komandası Türkiyə toplaşını başa vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər