"İnter"in zədəli futbolçularından YENİ XƏBƏR

"İnter"in zədəli futbolçularından YENİ XƏBƏR
"İnter"in zədəli futbolçularından yeni xəbər var. Fanat.az xəbər verir ki, Mirhüseyn Seyidovla Mirsahib Abbasov artıq sağalıb.
Hər iki yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb. Baş məşqçi Zaur Svanadze şans versə, onlar XXII turda "Kəpəz"ə qarşı oynaya biləcəklər.
Zurab Xizanişvili və Rauf Əliyev isə hələlik gözləməli olacaq. Müalicəsi davam edən futbolçular bir müddət də oynaya bilməyəcək.
Qeyd edək ki, "İnter"in qışda heyətinə qatdığı Kamran Ağayev də artıq cəzasını başa vurub. Qolkiperin "Kəpəz"ə qarşı oynaması gözləniilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər