"İnter"in yeni transferi derbidə oynamayacaq

"İnter"in yeni transferi derbidə oynamayacaq
"İnter" Premyer Liqanın XXX turunda tam heyətlə oynamayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Yohan Bokonyanonun xidmətindən yararlana bilməyəcək.
Belə ki, fransız futbolçu cəzalı duruma düşüb. "Neftçi" ilə matçın baş hakimi Orxan Məmmədov "İnter"in yeni transferinə 59-cu dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə verib. Bu onun ölkəmizə gəldikdən sonra aldığı 4-cü "sarı" olub. Yohan bundan əvvəl AZAL, "Bakı" və "Xəzər Lənkəran"la matçlarda cəzalanmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər