"İnter"in yeni prezidenti RƏSMƏN açıqlandı

"İnter"in yeni prezidenti RƏSMƏN açıqlandı

Bakının "İnter" klubunun yeni prezidentinin adı rəsmən açıqlanıb.

Fanat.Az bu barədə paytaxt klubunun saytında yer alan məlumatı sizə təqdim edir:

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev "İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər