"İnter"in yarımmüdafiəçisi qapıçı oldu

"İnter"in yarımmüdafiəçisi qapıçı oldu
"İnter" - "Qarabağ" oyununda daha bir maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, qarşılaşmanın son dəqiqələrində sahə oyunçusu qapıda durmalı olub.
Belə ki, "İnter"in qapıçısı Georgi Lomaya 90-cı də "hakimi nalayiq sözlərlə təhqir etdiyinə görə" meydandan qovulub. Bu zamanadək "bankirlər"in baş məşqçisi Zaur Svanadze bütün əvəzetmələri yerinə yetirdiyindən meydana qapıçı buraхa bilməyib. Nəticədə gürcü yarımmüdafiəçi Nika Kvekveskiri qapıya keçməli olub. O, 90+3-cü dəqiqədə Reynaldo Silvanın qarşısını ala bilməyib və "Qarabağ" ikinci qolu vuraraq 2:0 hesablı qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər