"İnter"in ulduzu Premyer Liqa yolunda

"İnter"in ulduzu Premyer Liqa yolunda

"Tottenhem" "İnter"in futbolçusu Mauro İkardini heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, artıq London klubunun rəsmiləri danışıqlar aparmaq üçün "Milan"a yollanıb.

"Tottenhem"in qarşı tərəfə hansı məbləği təklif edəcəyi açıqlanmır. Lakin "İnter"in futbolçusu üçün 45 milyon avro istədiyi artıq bəllidi.

Qeyd edək ki, "İnter" Mauro İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 32 milyon avro qiymət qoyub. Ötən mövsüm 34 rəsmi oyuna çıxan 23 yaşlı argentinalı hücumçu 16 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər