Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu - 6-cı yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Cənubi Koreya klubu ilə oyunda sınayıb.
Belə ki, "İnter"in rəqibi "Jeju Yunayted" klubu olub. 7 qolun vurulduğu oyunda təmsilçimiz 4:3 hesablı qələbə qazanıb. "İnter"in heyətində Baçana Tsxadadze dubl edib, Derlis Meza Kolli və Nizami Hacıyev hərəyə bir qol vurub.
Qeyd edək ki, "Jeju Yunayted" klubu 1982-ci ildə yaradılıb. Komanda son mövsümü 5-ci pillədə başa vurub. Bundan sonra baş məşqçi Kyunq-Hoon Park istefaya göndərilib və onu Ço Seonq-Hvan əvəzləyib.
"İnter" bundan əvvəl Almaniyada 5 oyun keçirib. "Bankir"lər "İnegölspor"u (Türkiyə) 4:1, "Kayrat"ı (Qazaxıstan) və "Kasımpaşa"nı (Türkiyə) 3:1 hesabı ilə yenib, "Enerji Kottbus"la (Almaniya) və "Metallist"lə (Ukrayna) "sülh" bağlayıb - 1:1.
Antalya
Yoхlama oyunu
23 yanvar
İnter (Azərbaycan) - Jeju Yunayted (Cənubi Koreya) 4:3
Qollar: Baçana Tsxadadze (2), Derlis Meza Kolli, Nizami Hacıyev.
Fanat.az