"İnter"in sifariş ərizəsi: tək hücumçu...

"İnter"in sifariş ərizəsi: tək hücumçu...
"İnter"in Avropa Liqasının I təsnifat mərhələsi üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, siyahıda hələ ki, 20 futbolçunun adı yer alıb.
Amma bu siyahıda dəyişiklik mümkündü. Sifariş ərizəsində maksimum 23 futbolçunun adı ola bilər.
Hazırkı heyətdə 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi var. "İnter"in sıralarında indi cəmi bir hücumçu görürük ki, bu da baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçana Tsxadadzedi. "Bankirlər" forvard axtarışını davam etdirir.
Qapıçılar: Georgi Lomaya, Səlahət Ağayev, Elşən Poladov.
Müdafiəçilər: İvan Benites, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, İlqar Ələkbərov, Laşa Salukvadze, Matiya Şpiçiç.
Yarımmüdafiəçilər: Mikel Alvaro, Arif Daşdəmirov, Slavko Georgievski, Mirzağa Hüseynpur, Dieqo Madriqal, Abdulla Abasiyev, Asif Məmmədov, Elvin Məmmədov, Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, 
Hücumçu: Baçana Tsxadadze.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər