Antalyada təlim-məşq toplanıhında olan "Simurq"un düşərgəsinə yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze Dominik Çattonu sınayır.
Gürcü mütəxəssis ona "Velbert"lə yoxlama matçında şans verib. Çixradze nigeriyalı futbolçu ilə bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, tam adı Dominik Çatto Bəşir Jamilu olan 28 yaşlı müdayiəyəmeyilli yarımmüdafiəçi vətənində "Heartland", "Şeraton" və "Rasines" klublarında çıxış edib. 2007/08 mövsümündə o, Finlandiyanın "İnter" (Turku) klubunun formasını geyinib (47 oyun, 6 qol). Dominik 2009-cu ildə İsveçin "Hacken" klubuna keçib və indiyədək 137 oyun keçirərək 1 qola imza atıb.
Fanat.az