"İnter"in sabiq kapitanı Bakıda

"İnter"in sabiq kapitanı Bakıda
"İnter"in sabiq kapitanı Bronislav Çervenka Bakıya qayıdıb. Fanat.az xəbər verir ki, çnx futbolçu bu gün keçirilən "Bakı" - "İnter" oyununu canlı izləyib.
Çervenkanın ölkəmizə qayıtmasının səbəbi isə onun dostlarına baş çəkmək istəyidi. Çexiyalı futbolçu tezliklə vətəninə dönəcək.
Qeyd edək ki, 2007-2012-ci illərdə "İnter"də çıxış edən Çervenka 129 oyunda 7 qola imza atıb. Bronislav ötən mövsüm formasını geyindiyi "Fastav" klubundan ayrılıb və karyerasını bitirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər