"İnter"in sabiq baş məşqçisinə "diktator" dedilər

"İnter"in sabiq baş məşqçisinə "diktator" dedilər
Ukraynada baş verən ictimai-siyasi qarşıdurma ölkə futboluna da öz təsirini göstərib. Fanat.az xəbər verir ki, bir vaxtlar Bakı "İnter"nin baş məşqçisi olmuş, hazırda isə Ukrayna Futbol Federasiyasına rəhbərlik edən Anatoli Konkov xəyanətə məruz qalıb. 
Belə ki, Konkova öz komandası xəyanəti edib. Federasiyanın I vitse-prezidenti Anatoli Popov müsahibədə prezidenti diktator olmaqda günahlandırıb: "Son zamanlar anlaya bilmirəm ki, o, nə işlə məşğuldu. Federasiya bir nəfərin əsirinə çevrilib. Konkov bütün səlahiyyətləri əlinə alıb. Qəddafi onunla müqayisədə daha yaxşı idi. İş o yerə çatıb ki, hətta federasiyanın bağbanını da özü işə götürür. Xoşuna gəlməyən əməkdaşları isə qurumdan qovur".  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər