"İnter"in rəqibini tanıyaq: erməni futbolçusu var

"İnter"in rəqibini tanıyaq: erməni futbolçusu var
"İnter"in Avropa Liqasındakı rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bank klubu I təsnifat mərhələsində Moldovanın "Tiraspol" klubu ilə qarşılaşacaq. İlk matç Modovada keçiriləcək.
"Tiraspol" futbol klubu 1993-cü ildə yaradılıb. 2001-ci ilədək "Konstruktorul" adlanan klub həmin vaxtdan indiki adını daşıyır. 1993/94 mövsümündə B, 1994/95 mövsümündə A divizionunun qalibi olan komanda güclülər dəstəsinə çıxıb. "İnter"in rəqibi 1996/97 mövsümündə Moldova çempionatının qalibi adını qazanıb. Komanda bundan başqa 3 dəfə ölkə kubokunun qalibi olub - 1996, 2000 və 2013.
"Tiraspol"un baş məşqçisi Vlad Qoyandı. 43 yaşlı mütəxəssis 2011-ci ildən onun rəhbərliyi altında çıxış edib. "İnter"in rəqibi 2013/14 mövsümündə Moldova çempionaının gümüş medallarına sahib çıxıb.
"Tiraspol"un heyətində İspaniya, Bolqarıstan, Ukrayna, Ermənistan, Çernoqoriya, Gürcüstan və Latviyadan legionerlər çıxış edir. Ermənistan yığmasında iki oyun keçirmiş Artyom Xaxaturov da bu komandanın formasını geyinir. Komandanın bəzi üzvləri əvvəllər Moldova millisinə dəvət alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər