İsveç çempionatında XIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "İnter"in Avropa Liqasındakı rəqibi "Elfsborq" sonuncu pillənin sahibi "Brommapokarna"nı qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. 80-cı dəqiqəyədək 0:2 hesabı ilə yenilən "Elfsborq" məğlubiyyətdən qaçıb. 80-cı dəqiqədə Sebastian Holmen, 9 dəqiqə sonra Markus Rohden fərqlənib.
Qeyd edək ki, "Elfsborq" 14 turdan sonra 25 xalla 4-cü pilləni tutur.
Fanat.az