"İnter"in rəqibi ruslara uduzdu

"İnter"in rəqibi ruslara uduzdu
Avropa Liqasının I təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tiraspol” növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Moldova klubu Rusiya “Tom”u ilə qarşılaşıb.
Oyun rusların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Tiraspol”un qolunu Yevgeni Sidorenko vurub.
Qeyd edək ki, “Tiraspol” bundan öncə Rumıniyanın “Botoşan” (3:1), Moldovanın “Veris” (4:1), “Şerif” (1:2) və “Daçiya” (1:0) klubları ilə yoxlama oyunları keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər