İslandiya çempionatında XII turun oyunları keçirilib. Fanat.az fxəbər verir ki, Avropa Liqasının II təsnifxat mərhələsində "İnter"in rəqibi olan "Hafnarfyordur" da növbəti matçına çıfxıb.
Komanda doğma meydanda "Reykyavik"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə "Hafnarfyordur"dan Emil Palsson açıb. Lakin "Reykyavik" 56, 58 və 68-ci dəqiqələrdə 3 qol vuraraq qələbə qazanıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Reykyavik" "Hafnarfyordur"u zirvədən salıb və birinci pilləni ələ keçirib. 26 xalı olan liderin izləyicisi indi 24 xalla ikinci pillədə qərarlaşıb.
"Hafnarfyordur"la "İnter" arasındakı ilk oyun 2:1 hesabıyla Bakı klubunun xeyrinə başa çatıb. Cavab görüşü iyulun 23-də Bakıda, "İnter Arena"da keçiriləcək.
Fanat.az