"İnter"in qış transferlərindən olan Dieqo Madriqal yenidən əvəzedici komandanın formasını geyinib. Fanat.az xəbər vekrir ki, kosta-rikalı hücumçu bu gün "Rəvan"a qarşı oynayıb.
Start heyətində meydana çıxan Dieqo qol da vurub. O, 45-ci dəqiqədə fərqi 2:0-a çatdırıb. Lakin "İnter" bu üstünlüyü qoruya bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Madriqal ötən həftə əvəzedicilərin heyətində "Qəbələ"yə qarşı oynamış və komandasına bir xal gətirən qola imza atmışdı - 1:1. Qışda ölkəmizə gələn Kosta Rika yığmasının üzvü Premyer Liqada iki oyuna çıxıb və cəmi 30 dəqiqə oynayıb. O, "Simurq"la matçda debüt edib və "İnter"ə qələbə gətirən qola imza atıb - 1:0.
Fanat.az