Berti Foqtsun millimizə dəvət etdiyi Emin Nuri İsveçdə ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, müdafiəçi XX turunda iştirak edib.
"Kalmar"ın rəqibi "Elfsborq" olub. "İnter"i Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran komanda Emini məyus edib - 2:0. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Kalmar" 20 turda 31 xal toplayıb və 6-cı pillədə qərarlaşıb. Emin 20 turun 16-da meydanda olub və 1430 dəqiqə oynayıb. O, ötən tur qarşılaşdıqları "Falkenberq"lə oyunda qol vurmuşdu.
Fanat.az