"İnter"in qapıçısı Georgi Lomaya komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. Fanat.az xəbər verir ki, gürcü qolkiper penaltini dəf edib.
Belə ki, matçın 89-cu dəqiqəsində Brüs Abdulaye əllə oynayıb və Orxan Məmmədov "İnter"in qapısına penalti təyin edib. Lakin oyun ərzində dəfələrlə komandasını xilas edən Lomaya qola imkan verməyib. Gürcü qolkiper Rauf Əliyevin zərbəsini dəf edib.
Qeyd edək ki, "İnter" oyunu 1:0 hesablı qələbə ilə başa vurub. Matçın yeganə qoluna 59-cu dəqiqədə Vaqif Cavadov imza atıb.
Fanat.az