Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Elfsborq” – “İnter” oyunu üçün biletlərin qiyməti açıqlanıb. Fanat.az İsveç mətbuatına istinadən xəbər verir ki, “Buros Arena”dakı oyuna canlı baxmaq istəyənlər 50-200 (təxminən 5-24 manat) kron xərcləməlidi. Qiymətlər məhz bu aralıqda dəyişir.
Xatırladaq ki, görüş iyulun 17-də Bakı vaxtı ilə 21.00-da start götürəcək.
Fanat.az