"İnter"in oyun günləri müəyyənləşdi

"İnter"in oyun günləri müəyyənləşdi

Avropa Liqasına hazırlaşan "İnter" ikinci təlim-məşq toplanışına yollanıb. Fanat.az xəbər verir ki, "bankirlər" dünənr yerli vaxtla saat 13.00-da artıq Avstriyaya çatıb.

Komanda "Thermenhotel Kurz Lutzmannsburg" otelinə yerləşib. "İnter" bu gün Avstriyadakı ilk məşqinə çıxacaq. İkinci təlim-məşq toplanışı ayın 27-nə kimi davam edəcək. Ancaq Avropa Liqasının püşkatması zamanı “İnter” ilk matçını səfərdə keçirməli olsa, o zaman bu, toplanışın vaxtına da təsir edə bilər. Belə olan halda komanda Avstriyadan həmin ölkəyə yola düşəcək.

 

"İnter" Avstriyadakı toplanış çərçivəsində 5 yoxlama oyun keçirəcək. Rəqiblərdən ikisi artıq bəllidi. "Bankirlər" ayın 19-da yerli "Şturm"la üz-üzə gələcək. Ayın 23-də isə Kaxaber Tsxadadze yetirmələrini Macarıstanın "Haladaş" klubu ilə oynuda sınayacaq. İyunun 16-sı, 25-i və 27-də baş tutacaq oyunlardakı rəqiblərin adı yaxın günlərdə müəyyənləşəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər