"İnter"in mühafizəçisindən jurnalistə qarşı kobudluq

"İnter"in mühafizəçisindən jurnalistə qarşı kobudluq

"İnter" - "Qarabağ" qarşılaşmasından sonra mətbuat konfransında insident yaranıb. Fanat.az sportinfo.az saytına istinadən xəbər verir ki, komanda.az-ın redaktoru Natiq Muxtarlının "bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadzeyə ünvanladığı "10 oyundan 5-də heç-heçə etmisiz. Heç-heçə etmək sizin hobbinizdi" sualı aranı qatıb.

Belə ki, "İnter"in mətbuat xidmətinin katibi Səbuhi Məmmədov sualı gürcü mütəxəssisə tərcümə etmək istəməyib.

Muxtarlı israrından qalmayınca, "İnter"in mühafizə xidmətinin əməkdaşı məsələyə başını soxub. Kobudluğundan qalmayan mühafizəçi əliylə işarə edib ki, yerinə otursun. Natiq bəy yenə fikrindən dönməyib və ona lazım olan cavabı verib. Ara digər jurnalistlərin köməyi ilə sakitləşdirilib. Tsxadadze isə Məmmədovun sualı tərcümə etməməsi üzündən insidentin səbəbini başa düşməyib və cavab yaddan çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər