"İnter"in müdafiəçisi Gürcüstan millisindən kənarlaşdırıldı

"İnter"in müdafiəçisi Gürcüstan millisindən kənarlaşdırıldı

Gürcüstan yığmasının heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, Bakı "İnter"inin müdafiəçisi Laşa Salukvadze millinin düşərgəsindən ayrılmalı olub.

Eyni zamanda "İnter"in də baş məşqçisi olan gürcülərin çalışdırıcısı Kaxaber Sxadadze Salukvadze ilə yanaşı, daha dörd oyunçunu ilk siyahıdan çıxarıb.

Qeyd edək ki, Gürcüstan yığması martın 25-də Malta ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Ayın 29-da isə bu komandanı Almaniya ilə seçmə mərhələ oyunu gözləyir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər