"Komanda pis oynamadı. Məncə, nəticə ədalətli deyildi. Ədalətli hesab heç-heçə idi". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "İnter"lə oyundan sonra (0:1) deyib.
Baş məşqçi komandasına təşəkkür edib: "Hücum etməyə çox gec başladıq. "İnter"i qələbə münasibətilə təbrik edirəm. Komandama təşəkkür edirəm. Onlar yaxşı oyun sərgilədilər. Ancaq əsas olan qol vurmaq idi ki, bunu da bacarmadıq. Bu da, rəqibin 5 müdafiəçiylə çıxış etməsiylə bağlı idi. "İnter"in müdafiə futbolu sərgiləməsi bizim əks-hücumlar qurmağımıza mane olurdu. Belə oyunla liderlər qrupunda yer almağa razıyıq.
Fanat.az