"İnter"in yayda Çernoqoriyanın "Buduçnost" (Podqoritsa) klubundan transfer etdiyi Flavio Bek 4 Premyer Liqa, 1 Avroliqa matçına çıxdıqdan sonra bir daha gözə dəymədi. Sonuncu dəfə sentyabrın 1-də meydana çıxan braziliyalı daha sonra komandadan ayrıldı.
Bu gün isə "İnter"in rəsmi saytında onun açıqlaması yerləşdirilib. Fanat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bəzi mətbuat orqanlarında fikirlərinin təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, meneceri ilə "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze arasında hər hansı bir problem olmayıb və sosial şəbəkə vasitəsi ilə ünvanlamış suallara cavabında sözlərin doğru anlaşılmadığını vurğulayıb: "Orada yazılan məlumat həqiqəti eks etdirmir. Demək istərdim ki, bir neçə ay əvvəl mənə sosial şəbəkələrin birində bir jurnalist tərəfindən bir neçə sual ünvalanıb. Baş məşqçimiz və menecer haqda da sual var idi. Həmin jurnalist mənim cavabımı doğru şəkildə oxuculara təqdim etməyib. Mən elə bir söz deməmişəm. Ümumiyyətlə, bu söhbətdən sonra 4-5 ay vaxt keçib və mənə maraqlıdı ki, niyə mənim sözlərim təhrif olunaraq məhz indi oxucuların diqqətinə təqdim edilib?"
Fanat.az