"İnter"in istədiyi iki futbolçu

"İnter"in istədiyi iki futbolçu

Milan "İnter"i gələn mövsüm üçün transfer çalışmalarına başlayıb. Fanat.az xəbər verir ki, İtaliya klubu "Ayaks"ın iki gənc futbolçusunu hədəfə alıb.

Belə ki, "İnter" Anvar Əl Qazi və Arkadiuş Miliki heyətinə qatmaq istəyir. Klub rəhbərliyi yaxın günlərdə "Ayaks"a rəsmi təklif göndərmək niyyətinlədi. Əl Qazinin bu günlərdə Milanda görünməsi bu iddiaları gücləndirib.

Qeyd edək ki, Anvar Əl Qazi 2013-cü ildə - 18 yaşında Hollandiyanın "Sparta" klubundan "Ayaks"a 5 min avroya transfer olunub. İndi "Transfermark" ona 7 milyon avro qiymət qoyub. 20 yaşlı Mərakeş əsilli forvard artıq Hollandiyanın əsas millisinə də dəvət alır. O, cari mövsümdə "Ayaks"ın heyətində 36 oyun keçirib və 11 qol vurub.

22 yaşlı Arkadiuş Milik isə 2015-ci ildə "Bayer"dən "Ayaks"a 2,8 milyon avroya transfer edilib. O, cari mövsümdə "Ayaks"ın formasını 40 oyunda geyinib və 24 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər