Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "İnter" səfərdə oynayıb.
Premyer Liqanın gümüş mükafatçısı İslandiyanın "Hafnarfyordur" klubunun qonağı olub. Hesabı 39-cu dəqiqədə penaltidən Atli Qudnason açıb. 50-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Robert Oskarsson meydandan qovulub. Təyin olunan penaltini dəqiq yerinə yetirən Nika Kvekveskiri hesabı bərabərləşdirib. Son nöqtəni isə 61-ci dəqiqədə "İnter"in başqa bir yeni transferi Dieqo Martins qoyub. Beləliklə, səfər oyununda 2:1 hesablı qələbə qazanan təmsilçimiz III təsnifat mərhələsinə yaxınlaşıb.
Qeyd edək ki, "İnter" I təsnifat mərhləsində Albaniyanın "Laçi" klubunu mübarizədən kənarlaşdırıb (1:1, 0:0). "Hafnarfyordur" isə Finlandiyanın SJK klubuna qalib gəlib (1:0, 1:0).
"Hafnarfyordur" klubu 1928-ci ildə yaradılıb. İslandiyanın eyniadlı şəhərini təmsil edən klub tariхi ərzində İslandiya çempionluğunu, Liqa Kubokunu və Super Kubokunu 6, ölkə kubokunu isə 2 dəfə qazanıb.
"Hafnarfyordur" 10 il əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşıb. Həmin vaхt təmsilçimiz rəqibini hər iki oyunda yenə bilmişdi - 2:0, 2:1.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
16 iyul
Hafnarfyordur (İslandiya) - İnter (Azərbaycan) 1:2
Qollar: Atli Qudnason, 39-pen - Nika Kvekveskiri, 54-pen. Dieqo Martins, 61 (ötürmə - Abbas Hüseynov).
Hafnarfyordur: 1. Robert Oskarsson, 5. Petur Vidarsson, 8. Emil Palsson (12. Kristian Finnboqason, 52), 9. Torarinn Valdimarsson (17. Atli Byornsson, 83), 10. David Vidarsson (k), 11. Atli Qudnason, 13. Byarni Vidarsson (18. Kristian Floki Finnboqason, 70), 15. Qudmann Torisson, 20. Kassim Doumbiya, 21. Bodvar Bodvarsson, 26. Conatan Hendrix.
Ehtiyat oyunçular: 4. Sam Tillen, 16. Con Consson, 22. Ceremi Servi, 23. Brinyar Qudmundsson.
Baş məşqçi: Heymir Qudyonsson.
İnter: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (15. Stepan Polyak, 80), 11. Rauf Əliyev, 13. Mirsayib Abbasov (Dieqo Martins, 46), 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov (5. Denis Silva, 69), 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 18. Mansur Nəhavəndi, 22. İlkin Qırtımov, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Bodvar Bodvarsson, 19. Conatan Hendrix, 48. David Vidarsson, 66. Kassim Doumbiya, 79. Kristian Floki Finnboqason, 89 - Fuad Bayramov, 39. Zurab Xizanişvili, 48.
Qırmızı vərəqə: Robert Oskarsson, 50.
Hakimlər: Mikael Leryo, Daniel Qustavsson, Maqnus Syoblom, Kristoffer Karlsson (İsveç).
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya).
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina).
Hafnarfyordur. "Kaplakrikavalyur" stadionu.
Fanat.az