"Sumqayıt" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi "İnter"in futbolçusu Ramil Mansurovu heyətinə qatıb. 20 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Mansurov "Sumqayıt"da 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ramil cari mövsümdə "İnter"in əsas heyətində 1 oyunda meydana çıxıb və cəmi 6 dəqiqə oynayıb. 20 yaşlı hücumçu əvəzedici heyətlərin çempionatında bu mövsüm 13 qol vurub. O, "İnter"in əvəzedici komandasının heyətində 2 mövsüm ən sərrast futbolçu olub və ümumilikdə 50-dən artıq qol vurub.
Fanat.az