Gürcüstan yığması növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, qonşu ölkə təmsilçisi yenidən Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb.
İlk oyunda olduğu kimi yenə ərəblər 1:0 hesablı qələbə qazanıb. "İnter"in hücumçusu Baçana Tsxadadze matçın iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana çıxıb. Bakı klubunun digər üzvü Laşa Salukvadze ilk oyundan fərqli olaraq bu dəfə oynamayıb.
Fanat.az