"İnter"in gürcüstanlı futbolçusu Aleksandr İaşvili mövsümün sonunda karyerasın başa vuracaq. Fanat.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
O, qərarını bu cür əsaslandırıb: "Özümə hörmət qoyan futbolçuyam. Görsəm ki, "İnter"ə kömək edə bilmirəm, bu dəqiqə çıxıb gedərəm. Bəli, 36 yaş az deyil. Amma son oyunlarda sübut etdim ki, komandama faydam toxunur. Amma bütün bunlara baxmayaraq, yayda futbolçu karyeramı başa vuracam. Bu mənada "İnter" karyeramda sonuncu klubumdu. Sonra baxaq görək, necə olacaq. Yəqin ki, məşqçi işləyərəm".
rekord.az