"İnter"in futbolçusunu 25 illik həbs gözləyir

"İnter"in futbolçusunu 25 illik həbs gözləyir

"İnter"in keçmiş üzvü Adriano Leyte Ribeyro narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə həbs oluna bilər. Fanat.az xəbər verir ki, futbolçu saxta sənədlərin hazırlanmasında da şübhəli bilinir. 

Adrianonun üzərində narkotik ticarəti ilə bağlı şübhələr bu yaxınlarda meydana gəlib. Hər iki cinayətə görə hücumçunu 25 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Məhkəmə baş tutana  qədər o, azadlıqda qalacaq. Prokurorluq onu həbs etməyə lüzum görməyib. Araşdırmalara görə, forvard narkotik ticarətçilərindən motosiklet satın alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər