"İnter"in futbolçusu rəsmən "Simurq"da

"İnter"in futbolçusu rəsmən "Simurq"da

"Simurq" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Zaqatala klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. 

"Simurq" "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər Zaqatala klubunun uğurları üçün çalışacaq yarımmüdafiəçi 9 nömrəli forma ilə çıxış edəcək.

"Simurq" transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək. 

Qeyd edək ki, Mirzağa "İnter"dən başqa Rusiyanın "Rostov" (əvəzedici), MITOS və Azərbaycanın "Sumqayıt" klublarında çıxış edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər