"İnter"in futbolçusu milliyə dönmək istəyir

"İnter"in futbolçusu milliyə dönmək istəyir
"Yenidən milli komandaya qayıtmaq istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in kosta rikalı futbolçusu Dieqo Madriqal deyib.
Kosta Rika mətbuatına danışan futbolçu yenidən milliyə dəvət alacağına ümid edir: "İnter"ə gələrkən daha çox ehtiyatda qalırdım. Amma indi meydana çıxıram və baş məşqçimiz mənə güvənir. Ümid edirəm ki, yığmamızın baş məşqçisi də məni heyətə dəvət edəcək".
Madriqal "İnter"in ilk turda "Qəbələ"ni dardmağın (4:0) etməsinə də münasibət bildirib: "Gözəl qələbə qazandıq. Ümid edirəm ki, belə davam edəcəyik. "İnter" Avroliqada da uğurlu çıxış edirdi. Sadəcə, bəxtimiz gətirmədi. Çempionata isə əla başladıq. Bu mövsüm birinciliyi qazanmaq istəyirik".
Qeyd edək ki, 25 yaşlı futbolçu 2010-cu ildən sonra çağırıldığı Kosta Rika millisində 11 oyun keçirib və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər