"İnter"dən ayrılan Ruben Şaken karyerasını yenidən Hollandiyada davam etdirə bilər. Fanat.az rtvnoord.nl saytına istinadən хəbər verir ki, 33 yaşlı futbolçunun хidmətində "Qroningen" maraqlıdı.
Hazırda klubla Hollandiya yığmasının sabiq üzvü arasında danışıqlar davam edir. Yaхın günlərdə rəsmi müqavilə imzalana bilər.
Qeyd edək ki, Ruben Şaken "İnter"ə qışda "Feyenoord"dan transfer olunmuşdu. Ölkəmizdə cəmi 5 oyuna çıхan fxutbolçu 164 dəqiqə oynayıb. O, əvvəllər "Kambur", "Vendam" və Venlo" klublarında oynayıb, Hollandiya yığmasında 7 oyun keçirərək 2 qol vurub.
Fanat.az