"İnter"in futbolçusu Gürcüstan klubunda

"İnter"in futbolçusu Gürcüstan klubunda
"İnter"in daha bir futbolçusu karyerasını Gürcüstan çempionatında davam etdirəcək. Fanat.az xəbər verir ki, Bakı klubundan ayrılan Laşa Kasradze vətəninə dönüb.
26 yaşlı müdafiəçi "Sioni" klubuna keçib. Bu barədə Bolnisi təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə 26 yaşlı oyunçunun “Sioni” ilə 1 illik müqavilə imzaladığı yazılıb.
Qeyd edək ki, ötən mövsümün əvvəlində AZAL-dan "İnter"ə keçən Laşa Bakı klubunun heyətində 29 oyuna çıxıb və 1 qol vurub.
Onu da qeyd edək ki, "İnter"dən ayrılan Georgi Lomaya Tiflis "Dinamo"suna keçmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər