"İnter"in futbolçusu ərəbləri uddu

"İnter"in futbolçusu ərəbləri uddu
Gürcüstan yığması yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, qonşu ölkə millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Oyun gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Baş məşqçi Temuri Ketsbaya bu matçda "İnter"in üzvü Laşa Salukvadzeyə oynamaq şansı verib. O, 77-ci dəqiqədə Uça Lobjanidzenin yerinə meydana çıxıb. "İnter"in digər üzvü Baçana Tsxadadze isə ehtiyatda qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər