"İnter"in futbolçusu Bakıya gəlməyəcək

"İnter"in futbolçusu Bakıya gəlməyəcək
"Milan"ın müdafiəçisi Luka Antonelli futbol üzrə İtaliya yığma komandasında Davide Santonu əvəz edəcək. Fanat.az xəbər verir ki, bu barədə "skuadra adzurra"nın saytında məlumat verilib.
Məlumata görə, "İnter"in futbolçusu İtaliya "A" Seriyasının 7-ci turunda "Sampdoriya" ilə keçirilən oyunda (1:4) zədələnərək matçı sonadək davam etdirə bilməyib.
Qeyd edək ki, İtaliya Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.
Antonelli cari mövsümdə "Milan"ın dörd oyununda çıxış edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.//"Report"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər