"İnter"in futbolçusu Sezar Meza Kolli meydana qayıdıb. Fanat.az xəbər verir ki, paraqvaylı oyunçu "Simurq”la keçirilən yoxlama matçının ikinci hissəsində Junior Nildonun əvəzinə oyuna qoşulub.
Bununla da Sezar 8 aydan sonra meydana çıxıb. Bu ilin 19 martında keçirilən "Neftçi” ilə kubok oyununun 73-cü dəqiqəsində meydana çıxan futbolçu 3 dəqiqə sonra ağır zədə almışdı. O, bu səbəbdən Almaniyada əməliyyat olunmuşdu.
Fanat.az