Gürcüstan yığması AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirib. Almaniyanın qonağı olan gürcülər 1:2 hesabı ilə yenilib.
Fanat.az хəbər verir ki, "İnter"in futbolçusu Nika Kvekveskiri start heyətində yer alıb. Bakı klubunun üzvü 78-ci dəqiqədə əvəzlənib. Onu "İnter"dəki komanda yoldaşı Zurab Xizanişvili əvəzləyib.
"İnter"in sabiq üzvləri Aleksandr Amisulaşvili və Georgi Navalovski 90, Nikolos Gelaşvili 45 dəqiqə oynayıb.
"İnter"in keçmiş oyunçusu Baçana Tsхadadze və Georgi Popхadze isə ehtiyatda qalıb.
Fanat.az