"İnter" Tükiyənin İzmit şəhərinin yaxınlığındaki Kartəpə qəsəbəsində təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, iki gün əvvəl əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev də qardaş ölkəyə yollanaraq toplanışa qatılıb.
Qeyd edək ki, bu, Rüstəm Əliyev üçün əsas komandanın düşərgəsinə birinci səfəri deyil. Bundan əvvəl də gənc məşqçi əsas komandanın bir neçə toplanışında iştirak edib.
Başa çatmış mövsümdə əvəzedici komanda ilə çempion olan Əlyev toplanışda iştirakı barədə danışıb: "İlk öncə bu imkanı mənim üçün yaratdığına görə "İnter"in rəhbərliyinə öz təşəkkürümü bildirmək istərdim. Demək istəyirəm ki, belə toplanışlarda iştirak gənc məşqçilər üçün çox faydalıdı. Komandanın hazırlıq prosesini izləmək bizə böyük fayda verir, məşq prosesini izləyib hər zaman nəyisə öyrənirsən, özün üçün müəyyən qeydlər aparırsan və bu gələcəkdə bizə çox kömək edə bilər. Başa çatmış çempionatda əvəzedici komandamız çempion oldu və bu təkcə bizim yox, bütün klubun uğurudu. Klub rəhbərliyi və əsas komanda bütün mövsüm boyu bizə öz dəstəyini göstərib və biz də bu qələbəni onlara həsr edirik".
Fanat.az