"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, "bankirlər" toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.
Belə ki, "İnter" bu gün MOİK-lə qarşılaşacaq. Yanvarın 24-də baş tutacaq növbəti oyundakı rəqib isə "Şuşa" olacaq. Hər iki matç "Şəfa" stadionunda baş tutacaq.
Qeyd edək ki, "Şuşa" matçı ilə "İnter" toplanışı yekunlaşdıracaq. "Bankirlər" hazırlıq prosesi çərçivəsində bundan əvvəl "Sumqayıt" (4:2) və "Qarabağ"ı (1:0) məğlub edib.
Fanat.az