“İnter”lə təlim-məşq toplanışına yollanmayan Vaqif Cavadov hazırda Antalyada istirahətdədi. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin “Xəzər Lənkəran”da görmək istədiyi futbolçuya hazırda ölkə təmsilçilərindən konkret təklif yoxdu.
İyunun 5-də Bakıya qayıdacaq Vaqifin gələcək taleyinə yalnız bundan sonra aydınlıq gələcək. Futbolçunun “bankirlər”lə olan müqaviləsinin müddəti rəsmən iyunun 20-də başa çatacaq. Başqa iddialılar kimi, hər qələbəyə görə oyunçulara mükafat verməyən, illik bonus prinsipini əldə rəhbər tutan “ağ-göylər”in milli üzvünə borcu var. Cavadov son mövsümdə heyətində kapitan sarğısıyla top qovduğu “İnter”in gümüş medalları qazanmasına 14 qol 6 məhsuldar ötürmə ilə yardımçı olub. 33 çempionat matçında oynayan vinger klubdan təxminən 25 min dollar pul almalıdı.
Fanat.az