"İnter"in büdcəsi 3 dəfə azaldılıb" - Rəşad Qasımov

"İnter"in büdcəsi 3 dəfə azaldılıb" - Rəşad Qasımov
"İnter"in büdcəsi 3 dəfə azaldılıb". Bu sözləri Bakının "İnter" klubunun prezidenti Rəşad Qasımov qaynarinfo.az saytına açıqlamasında deyib.
O bu gün keçirilmiş Klublar Komitəsinin iclası ilə bağlı danışarkən legioner rüsumu üçün AFFA-nın tələb etdiyi 20 min manatın çox olduğunu bildirib: 
"Biz artıq bir neçə iclasdır ki, legioner rüsumunun çoxluğu haqda müzakirə aparırıq. Bu, mövsümün son iclası olduğundan, konkret rəqəm irəli sürdük. Düşünürük ki, əcnəbi futbolçuların transferi üçün istənilən 20 min manat indiki durumda həddindən çoxdur. İndi klubların büdcələri əvvəlki kimi deyil və ölkədəki maliyyə durumuna görə 4-5 dəfə azaldılıb. Elə özümüzü götürək. "İnter"in büdcəsi 3 dəfə azaldılıb. Ona görə də birdənbirə 20 min manatlıq rüsumun 5 minə endirilməsinin tərəfdarıyıq. Ümid edirik ki, AFFA İcraiyyə Komitəsinin iclasında bizim bu təklifimiz klubların maddi durumu nəzərə alınaraq qəbul ediləcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər