“İnter”dən qışda gedən braziliyalı yarımmüdafiəçi Flavio Beközünə yeni komanda tapıb. Fanat.az xəbər verirki, “sambaçı” Bosniya və Hersoqovinanın “Hayduk” klubunun düşərgəsində baxışdadı.
Flavio tibbi-müayinədən uğurla keçsə, onunla müqavilə imzalanacaq. Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi “İnter”in heyətində ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb. Cənubi amerikalının “ağ-göylər”lə olan müqaviləsinin müddəti mayda başa çatsa da, o, qışda Bakını tərk etmişdi.
Fanat.az