Bir müddət əvvəl "İnter"in U-19 komandasının baş məşqçsi Vadar Nuriyev AZAL-a keçdi. Bank klubunun 19 yaşlılarına mövsümün əvvəlindən rəhbərlik edən məşqçi indi Tərlan Əhmədovun köməkçisidi. O, gedişinin səbəblərini "İnter"in rəsmi saytına açıqlayıb:
“İnter” mənim üçün xüsusi klubdu. Uzun müddət burada çalışmışam və bu müddət ərzində hamıyla yaxşı münasibətlərim formalaşıb. Bu yaxınlarda AZAL-ın əsas komandasının məşqçilər heyətində çalışmaq təklifini aldım. “İnter”in rəhbərliyi məni buraxdı və buna görə minnətdarlığımı bildirirəm. Xoşdu ki, məni anladılar. Göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və “İnter”ə uğurlar arzulayıram”.
Fanat.az